Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb
Hadisə13:3527 oktyabr, 2021

Əvvəllər məhkum olunmuş Siyəzən rayon sakini saxlanılıb

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb
Bizi-da oxuyun

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 3 000 ABŞ dollar, antik samovar və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Hidayətli, R.Həsənov və əvvəllər məhkum olunmuş T.Zeynalov saxlanılıb.

Bundan başqa, Qaradağ RPİ 10-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki oyun zallarının birindən 5 440 manat dəyərində 8 ədəd prosessor, 2 ədəd monitor və 30 ədəd yaddaş qurğusu oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

Fikriniz