Bakı 16˚C Partly sunny

Bakıda evlərdən və avtomobildən 27 min manatlıq oğurluq edilib

Gündəm 16:33 21 sen, 2021

Şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Quliyev saxlanılıb

Bakıda evlərdən və avtomobildən 27 min manatlıq oğurluq edilib

Bakıda evlərdən və avtomobildən oğurluq edən şəxslər tutulub.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də rayon ərazisində bir avtomobildən 3 000 manat pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Quliyev saxlanılıb.

Eyni zamanda Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də rayon ərazisindəki evlərin birindən 3 750 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.