Bakı 13˚C Cloudy

Bakıda "Kamaz", Samuxda "VAZ" yanıb

Hadisə 12:30 20 okt, 2021

Hər iki yanğın söndürülüb

Bakıda "Kamaz", Samuxda "VAZ" yanıb

Bakı şəhərinin Sabunçu rayonunda “КамАЗ” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Samux rayonunun Əhmədbəyli kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.