Bakı 13˚C Mostly sunny

Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu

Cəmiyyət 12:46 24 may, 2022

Sürücü qolundan ağır xəsarət alıb

Bakıda külək “TIR”ı aşırdı: <span style="color:red">Sürücünün qolu amputasiya olundu</span>

Bakı-Qazax şosesində güclü külək qəzaya səbəb olub.

Qazet.az xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlunun idarə etdiyi MAN markalı yük avtomobili hərəkətdə olarkən güclü külək səbəbindən aşıb.

Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.