Bakı 7˚C Sunny

Bakıda mağazalardan oğurluqlar edən şəxslər saxlanılıb - VİDEO

Hadisə 19:01 20 okt, 2021

Saxlanılan şəxslər törətdikləri hadisəni etiraf ediblər

Bakıda mağazalardan oğurluqlar edən şəxslər saxlanılıb - <span style="color:red">VİDEO</span>

Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, naməlum şəxs obyektin qapısını qıraraq içəri daxil olub kassa aparatında olan 9 000 manatı oğurlayaraq hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Səbuhi Sultanov saxlanılıb.

Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən daha bir mağazadan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı yetkinlik yaşına çatmayan şəxs tutulub.

Araşdırma zamanı onun Binəqədi rayonunda yerləşən obyektlərdən birinə açıq qalan qapıdan daxil olaraq kasaadan pul oğurladığı məlum olub. Bu şəxsin də mağazaya daxil olaraq oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə görüntülənib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

"Bu şəxslərin paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.