Bakı 18˚C Sunny

Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA

Cəmiyyət 11:34 27 noy, 2021

Müraciətlər araşdırılarkən problemlərin binanın daxilində olduğu müəyyən edilir

Bakıda mənzillərə istilik niyə tam verilmir? <span style="color:red">- AÇIQLAMA</span>

Bakının bəzi hissələrində istiliklə bağlı hələ də problemlər davam edir.

Qazet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev problemlərin müxtəlif səbəblərdən qaynaqlandığını və fərdi yanaşılmalı olduğunu deyib.

"Bizim bütün qazanxanalarımız işləyir. Magistral və məhlədaxili xətlərdə problem yoxdur. Məntəqələr tam işlək vəziyyətdədir. Düzdür, lokal xarakterli bəzi yerlərdə qısamüddətli fasilə ola bilər. Bu, istisna deyil. Amma müraciətlərə fərdi yanaşmaq lazımdır" - deyə qurum rəsmisi bildirib.

O qeyd edib ki, müraciətlər araşdırılarkən problemlərin binanın daxilində olduğu müəyyən edilir.

"Bloklarda, mənzillərdə, binaların zirzəmisində müəyyən problemlər çıxır. Məsələn, ötən il mərkəzi istilikdən istifadə edən, bu il istifadə etməyə və ya təmir zamanı vintili bağlamış ola bilər. Həmçinin axırıncı mərtəbələrdə borulardan havanı buraxmaq lazımdır, amma görürsən ki, vətəndaş kombi çəkib və xətti ləğv edərək, hava çıxmağa yer qoymayıb. Belə olanda əməkdaşlarımız boruların zirzəmidəki hissələrində havanı çıxarırlar ki, dövriyyə normal tənzimlənsin. Dediyim kimi, qazanxanalarda heç bir problem yoxdur", - qurum rəsmisi əlavə edib.