Bakı 12˚C Partly sunny

Bakıda "Mercedes" piyadanı vurub ÖLDÜRDÜ

Hadisə 13:36 01 iyl, 2022

Piyada xəstəxanaya yerləşdirilib və orada ölüb

Bakıda "Mercedes" piyadanı vurub ÖLDÜRDÜ

İyulun 1-də saat 2 radələrində Nizami rayonu Babək prospektində Ağdaş rayon sakini B.Salamov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. 

Nizami Rayon Polis İdarəsi tərəfindən yol-nəqliyyat hadisəsini törədən sürücünün müəyyən edilib tutulması üçün əməliyyat tədbirləri aparılır.