Bakı 9˚C Windy

Bakıda məşhur marketdə kütləvi ZƏHƏRLƏNMƏ

Hadisə 12:27 04 iyl, 2022

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib

Bakıda məşhur marketdə kütləvi ZƏHƏRLƏNMƏ

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

Qazet.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

Mağazada 15-ə yaxın şəxs zəhərlənib.

Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.


Qaynaq