Bakıda metro vaqonları istehsal ediləcək
Azərbaycan17:4101 dekabr, 2021

"Gələcəkdə vaqonların ehtiyyat hissələri qonşu ölkədən alınaraq burda yığılacaq"

Bakıda metro vaqonları istehsal ediləcək
Bizi-da oxuyun

““Bakı Metropoliteni" QSC-nin Xocasən qəsəbəsində yerləşən elektrik deposunun ərazisində metro vaqonlarının istehsal edilməsi nəzərdə tutulub”.

Qazet.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında qurumun Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

"Biz indi metro qatarlarını Rusiyadan alırıq. Gələcəkdə vaqonların ehtiyyat hissələri qonşu ölkədən alınaraq burda yığılacaq. metronun Nərimanovdakı deposunun ərazisİndə vaqonların əsaslı təmir sexi tikilib, amma orada istehsal yoxdur. 2015-ci ilə kimi qatarlarımız təmir üçün Gürcüstana - Tbilisiyə göndərilirdi. 2015-ci ildə həmin sex tikilindən sonra qatarlar burda təmir olunur. Növbəti depoda isə vaqonların istehsalı nəzərdə tutulub.

“Bu məsələ deponun tikintisinin ikinci mərhələsinə aiddir. Hazırda isə birinci mərhələnin işləri görülür. Stansiyanın açılışı olanda deponun birinci mərhələsi tam hazır olacaq”, – deyə metropoliten rəsmisi qeyd edib.

Bakı metrosunun artıq 6-cı ildir fəaliyyət göstərən "Bənövşəyi" xəttinin deposunda tikinti işləri davam edir. Deponun tikintisi Xocəsən qəsəbəsində 21,7 hektar ərazidə aparılır.

Fikriniz