Bakı 12˚C Sunny

Bakıda müşahidə olunan dumanlı hava şəraiti davam edəcək

Cəmiyyət 01:28 02 yan, 2022

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir

Bakıda müşahidə olunan dumanlı hava şəraiti davam edəcək

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Qazet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir:

İnversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olub. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub.

Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.