Bakı 20˚C Partly sunny

Bakıda onlarla insanın öldüyü ərazidə yeni keçid tikilir - FOTO

Gündəm 13:10 17 yan, 2022

Mərdəkan şosesi ilə Qala-Pirallahı yolunun kəsişməsində yerüstü piyada keçidinin inşasına başlanılıb

Bakıda onlarla insanın öldüyü ərazidə yeni keçid tikilir - FOTO

Tez-tez piyada vurulması hallarının baş verdiyi Mərdəkan şosesi ilə Qala-Pirallahı yolunun kəsişməsində yerüstü piyada keçidinin inşasına başlanılıb.

Qazet.az-ın məlumatına görə, artıq piyada keçidinin yeri müəyyənləşdirilib və ilkin işlər də görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2019-cu ildə yaydığı məlumata görə, müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 91,5 metr, qalereyanın uzunluğu 62,9 metr, daxili eni 4,5 metr, keçidaltı qabariti isə 5,35 metr olacaq.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun xüsusi maillikli piyada pandusları quraşdırılacaq. Pandusların hər birinin uzunluğu 42 metr təşkil edəcək.

Qeyd edək ki, bu ərazidə sürət həddi saatda 110 kilometr saatdır və insanlar uzun illərdir həyatlarını riskə ataraq yolu keçirlər. Nəticədə indiyədək onlarla insan burada baş vermiş qəzaların, xüsusilə avtomobil vurmasının qurbanı olub.