Bakıda restorandan külli miqdarda oğurluq edilib
Hadisə12:2327 oktyabr, 2021

Faktla bağlı araşdırma aparılır

Bakıda restorandan külli miqdarda oğurluq edilib
Bizi-da oxuyun

Bakıda restoranda oğurluq olub.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi (PB) və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Nəsimi rayonu ərazisindəki restoranların birindən 4 060 manat dəyərində noutbuk, 4 ədəd planşet və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Fikriniz