Bakı 25˚C Partly sunny

Bakıda və rayonlarda güclü külək əsəcək - PROQNOZ

Cəmiyyət 11:06 27 iyn, 2022

Havanın temperaturu gecə müsbət 19-24°, gündüz 33-38°, dağlarda gecə müsbət 7-12°, gündüz 17-22° isti olacaq

Bakıda və rayonlarda güclü külək əsəcək - PROQNOZ

İyunun 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə müsbət 19-24°, gündüz 33-38°, dağlarda gecə müsbət 7-12°, gündüz 17-22° isti olacaq.