Bakı 26˚C Partly sunny

Bakıda Vikram Ruzaxunovun konserti keçirilib - FOTO

Maraqlı 19:35 23 may, 2022

Musiqiçi öz yaradıcılığında geniş məharət nümayiş etdirib

Bakıda Vikram Ruzaxunovun konserti keçirilib <span style="color:red">- FOTO</span>

Vikram Ruzaxunov Qırğızıstandan olan məşhur caz pianoçusudur və Mərkəzi Asiyada cazın populyarlaşmasında mühüm rol oynamışdır.
Vikram tanınmış bəstələri Bakı səhnəsində heç kimin ifa etmədiyi və nümayiş etdirmədiyi tərzdə ifa edib. Çik Koreanın improvizasiyasındakı musiqisi tamaşaçıların böyük sevincinə səbəb olub.

Qazet.az xəbər verir ki, musiqiçinin sözlərinə görə, o, dünya ifaçılarından maraqlı olanları götürməyə, öz yozum və ideyalarını əlavə etməyə çalışır. Musiqiçi öz yaradıcılığında geniş məharət nümayiş etdirir: öz aranjimanı ilə başlayıb musiqi əsərlərinin sərbəst şərhinə qədər.
Eksperimentallıq, dünya klassiklərinə çevrilmiş caz kompozisiyalarının orijinal təfsiri üçün daimi axtarış çoxdan musiqiçinin əlamətdar xüsusiyyətinə çevrilmişdir.
Vikramın başqa bir kozırı şərq motivlərini və xalq musiqisini asanlıqla və maneəsiz şəkildə caz improvizasiyalarına toxundurmaq bacarığıdır.
Konsert na-bis ifa və tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.