Bakı 7˚C Sunny

Bakıda yolu bağlayan "TIR" sürücüləri HƏBS EDİLDİ

Hadisə 19:55 18 fev, 2022

Sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov

Bakıda yolu bağlayan "TIR" sürücüləri HƏBS EDİLDİ

Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.

Qazet.az xəbər verir ki, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü inzibati qaydada 30 sutka həbs olunublar.