Bakı 14˚C Sunny

Bakıdakı katolik kilsəsində şəhidlərin xatirəsinə dua mərasimi keçirilib

Cəmiyyət 13:51 27 sen, 2021

Tədbir çərçivəsində dini ayin icra edilib

Bakıdakı katolik kilsəsində şəhidlərin xatirəsinə dua mərasimi keçirilib

Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə dua mərasimi baş tutub.

Qazet.az xəbər verir ki, tədbir çərçivəsində dini ayin icra edilib, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi yad edilib.

Mərasimi Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete aparıb.

Xatırladaq ki, bu gün Azərbaycanda Vətən müharibəsi şəhirdlərinin Anım Günü qeyd olunur.