Bakı 16˚C Partly sunny

Bakılı stilist qıcıqlandıran və dəbdə olan geyim rənglərini açıqladı

Maraqlı 15:44 06 mar, 2022

Bu məqsədlə o, hərbi geyimlərdə olan çalarlardan imtina etməyi tövsiyə edib

Bakılı stilist qıcıqlandıran və dəbdə olan geyim rənglərini açıqladı

Əslən bakılı olan stilist Vladislav Lisovets hərbi rənglərdən imtina etməyi və bayraqların rənglərini gündəlik geyimlərdə istifadə etməməyi məsləhət görüb.

Dəb mütəxəssisi bildirib ki, bir insan görünüşü ilə başqalarını sakitləşdirə və ya əksinə, onlarda qıcıq yarada bilər.

Bu məqsədlə o, hərbi geyimlərdə olan çalarlardan imtina etməyi tövsiyə edib. Stilist başqalarını qıcıqlandırmamaq üçün bayraq rənglərindən də istifadə etməməyi daha düzgün hesab edib.

Bununla yanaşı, Lisovets hazırda qırmızı və qara, narıncı və ağ rənglərin birləşmələrinin dəbdə olduğunu qeyd edib.

Mənbə: lenta.ru