Bakı 7˚C Sunny

Bakının OPEK qarşısındakı öhdəliyi ilə bağlı hesabat

Gündəm 03:11 12 fev, 2022

"2021-ci il dekabr və 2022-ci il yanvar ayları üzrə hədəf göstərici 0,65 milyon barrel və 0,66 milyon barrel müəyyən edilib"

Bakının OPEK qarşısındakı öhdəliyi ilə bağlı hesabat

2022-ci ilin yanvarında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,58 milyon barrel təşkil edib.

Qazet.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib.

Bu göstərici ötən ilin dekabr ayında 0,6 milyon barrelə bərabər olub.

Qeyd olunub ki, yanvar ayında Azərbaycan OPEK+ sazişinin icra olunmasını 241 faiz yerinə yetirib:

"2021-ci il dekabr və 2022-ci il yanvar ayları üzrə hədəf göstərici 0,65 milyon barrel və 0,66 milyon barrel müəyyən edilib".

Qeyd edək ki, OPEK+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən, Azərbaycanın fevral ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 50 min barrel, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 675 min barrel təşkil etməlidir.