Bakının qurtuluşu münasibətilə Şəhidlər Xiyabanında yürüş başlandı
Cəmiyyət10:4015 sentyabr, 2021

Şəhidlər Xiyabanında Türk şəhidləri abidəsinin önündən yürüşə start verilib

Bakının qurtuluşu münasibətilə Şəhidlər Xiyabanında yürüş başlandı
Bizi-da oxuyun

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda hərbçilərin daha bir yürüşü başlayıb.

Qazet.az Report-a istinadən xəbər verir ki, tədbirə Şəhidlər Xiyabanında Türk şəhidləri abidəsinin önündən start verilib.

Azərbaycan və Türkiyə ordusunun bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar.

Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək.

Fikriniz