Bakı 15˚C Mostly sunny

Bakıya bu tarixlərdə qar yağacaq - PROQNOZ

Cəmiyyət 17:36 11 yan, 2022

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib

Bakıya bu tarixlərdə qar yağacaq - <span style="color:red">PROQNOZ</span>

Bakıda və Abşeron yarımdasında yanvarın 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir.

Qazet.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 13-ü axşam və 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir: "Bu təsir effektini qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edə bilərik. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur".