Bakı 13˚C Sunny

Barselona baş məşqçi axtarır - Klopp əsas namizəddir

İdman 11:25 27 okt, 2021

"Barselona" klubu yeni baş məşqçi axtarışındadır

Barselona baş məşqçi axtarır - <span style="color:red">Klopp əsas namizəddir</span>

İspaniyanın "Barselona" klubu növbəti mövsüm üçün baş məşqçisini dəyişdirməyi planlaşdırır.

Qazet.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, hazırda İngiltərə "Liverpul"unun sükanı arxasında olan Yurgen Klopp Kataloniya təmsilçisində bu posta əsas namizəddir.

Klub rəhbərliyi indiki mövsümün keçid xarakteri daşıdığını düşünür. Hazırkı baş məşqçi Ronald Kumanın isə 2022-ci ildə başa çatacaq müqaviləsi yenilənməyəcək.

İspaniya nəhəngi növbəti il baş məşqçi və hücumçu problemini həll etmək niyyətindədir. Komandanın sabiq futbolçusu Xavi də namizədlərdən biridir, lakin əsas prioritet Kloppdur.

"Barselona" almaniyalı mütəxəssisə təklif göndərmək üçün mövsümün sonlarını gözləyəcək.

Mənbə