Bakı 16˚C Partly sunny

"Barselona" "Çelsi"nin futbolçusu ilə anlaşıb

İdman 21:20 07 may, 2022

London təmsilçisinin hazırkı kapitanı ilə 2+1 illik müqavilə imzalanacaq

"Barselona" "Çelsi"nin futbolçusu ilə anlaşıb

İspaniyanın "Barselona" klubu İngiltərənin "Çelsi" komandasında çıxış edən Sezar Aspilikueta ilə anlaşıb.

Qazet.az AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi mövsümün sonunda Kataloniya təmsilçisinə keçəcək.

London təmsilçisinin hazırkı kapitanı ilə 2+1 illik müqavilə imzalanacaq. Aspilikueta illik 13 milyon avro maaş alacaq.

Qeyd edək ki, Sezar Aspilikueta 2012-ci ildən "zadəganlar"ın formasını geyinir.