Bakı 18˚C Mostly sunny

"Barselona" ilə "Bavariya" Levandovskinin transferində razılığa gələ bilmir

İdman 10:34 27 iyn, 2022

Qeyd edək ki, futbolçu ilə Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu da maraqlanır.

"Barselona" ilə "Bavariya" Levandovskinin transferində razılığa gələ bilmir

İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" futbol klubları 33 yaşlı polşalı hücumçu Robert Levandovski ilə bağlı müqavilənin şərtlərində razılığa gələ bilmirlər.

Qazet.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

"Bavariya"nın polyak üçün 60 milyon avro tələb etdiyi bildirilir. Lakin “Barselona” futbolçunun yaşını və Münhen klubu ilə başa çatan müqaviləsini nəzərə alaraq, bu məbləği ödəməyə hazır deyil.

Qeyd edək ki, futbolçu ilə Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu da maraqlanır.