Bakı 7˚C Sunny

"Barselona" Koutinyonu İngiltərə klubuna satıb

İdman 23:45 12 may, 2022

Qeyd edək ki, Filippe Koutinyo "Aston Villa"da keçirdiyi 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Barselona" Koutinyonu İngiltərə klubuna satıb

İngiltərənin "Aston Villa" klubu İspaniya "Barselona"sının futbolçusu Filippe Koutinyonu birdəfəlik transfer edib.

Qazet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

30 yaşlı "sambaçı" cari mövsümün ikinci yarısından icarə əsasında Birmingem klubunda çıxış edirdi.

Qeyd edək ki, Filippe Koutinyo "Aston Villa"da keçirdiyi 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.