Bakı 22˚C Sunny

“Barselona”nın baş məşqçisinə iki oyunluq cəza

İdman 03:11 25 sen, 2021

Beləliklə, baş məşqçi "Levante" və "Atletiko"ya qarşı matçları ehtiyat oyunçular skamyasından idarə edə bilməyəcək.

“Barselona”nın baş məşqçisinə iki oyunluq cəza

"Barselona"nın baş məşqçisi Ronald Kuman iki oyunluq cəzalandırılıb.

"Qazet.az" mundo-ya istinadən xəbər verir ki, buna niderlandlı mütəxəssisin La Liqanın 6-cı turunda "Kadiz"lə matçın (0:0) sonunda qırmızı vərəqə alması səbəb olub. Kuman  hakimin işindən narazılığını bildirdiyi üçün qırmızı vərəqə görüb.

Beləliklə, baş məşqçi "Levante" və "Atletiko"ya qarşı matçları ehtiyat oyunçular skamyasından idarə edə bilməyəcək. Kluba və məşqçinin özünə də cərimə tətbiq edilib.