"Barselona" Qavi ilə danışıqlara başladı
Dünya14:3725 noyabr, 2021

Qavi bu mövsüm komandada cəmi 1 matç keçirib

"Barselona" Qavi ilə danışıqlara başladı
Bizi-da oxuyun

"Barselona" futbolçusu Qavi ilə müqaviləni yeniləməyə hazırlaşır. 

Qazet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi artıq 17 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Ötən gün isə klub nümayəndələri futbolçunun meneceri İvan de la Pena ilə rəsmi şəkildə əlaqə saxlayıblar. Tərəflər yeni sözləşmə ilə bağlı müzakirələr aparıblar. Görüşdə klub nümayəndələri "Barselona"nın Qavinin maaşının artırmağa hazır olduğunu bildiriblər. Lakin müzakirələrdə konkret məbləğ açıqlanmayıb. 

Qeyd edək ki, Qavi bu mövsüm komandada cəmi 1 matç keçirib. 

Fikriniz