Bakı 26˚C Sunny

"Barselona" Salahı transfer edir? - Gizli danışıqlar

İdman 09:12 16 noy, 2021

İddiaya görə, 29 yaşlı forvardın keçidi ilə yeni baş məşqçi Xavi Ernandes və klubun prezidenti Juan Laporta şəxsən maraqlanır.

"Barselona" Salahı transfer edir? - Gizli danışıqlar

İspaniya "Barselona"sı İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahı heyətinə qatmağa hazırlaşır.

Qazet.az xəbər verir ki, Kataloniya təmsilçisi misirli hücumçunun transferi ilə bağlı işlərə start verib.

İddiaya görə, 29 yaşlı forvardın keçidi ilə yeni baş məşqçi Xavi Ernandes və klubun prezidenti Juan Laporta şəxsən maraqlanır. "Barselona" rəhbərliyinin transfer işlərini gizli şəkildə davam etdirdiyi bildirilib.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Məhəmməd Salahın mersisaydlılarla 2023-cü ilin yayınadək müqaviləsi var.

mundo