Bakı 7˚C Showers

"Barselona" yeni baş məşqçisini təqdim edib

Gündəm 19:09 08 noy, 2021

41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb

"Barselona" yeni baş məşqçisini təqdim edib

İspaniyanın "Barselona" klubu yeni baş məşqçisi Xavi Ernandesi təqdim edib.

Qazet.az Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, təqdimat "Kamp Nou" stadionunda baş tutub.

41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 2015 - 2019-cu illərdə Qətər "Əl-Sədd"ində oynayan keçmiş yarımmüdafiəçi 2019-cu ildə bu komandaya baş məşqçi təyin olunub.