Bakı 16˚C Sunny

Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”

Gündəm 18:41 17 okt, 2021

Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb

Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”

“Gürcüstanda koronavirusa yoluxma sayı ciddi şəkildə artıb və bu, beşinci dalğanın başlanğıcıdır”.

Qazet.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, son həftə ərzində Kaxeti, İmereti və Sameqrelo-Zemo Svaneti bölgələrində epidemioloji vəziyyət ağırlaşıb: “Bu regionlarda vaksinasiya səviyyəsi aşağıdır. Acarıstan və Tbilisidə isə vəziyyət nisbətən yaxşıdır”.

Baş epidemiloq beşinci dalğanın kifayət qədər ağır keçəcəyini proqnozlaşdırır: “Müvafiq qabaqlayıcı tədbirlər görülməsə, noyabrda vəziyyət çox çətin olacaq. Hamını tövsiyələrə əməl etməyə və peyvənd olunmağa çağırıram”.