Bakı 9˚C Mostly cloudy w/ showers

Baş Prokurorluq: Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var

Gündəm 01:30 05 iyl, 2022

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq: Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var

Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb.

Qazet.az bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.