Bakı 15˚C Mostly sunny

"Bavariya" klubu öz rekordunu yeniləyib

İdman 15:38 16 yan, 2022

Münhen təmsilçisi buna "Köln"ü 4:0 hesabı ilə darmadağın etdiyi XIX tur matçında nail olub

"Bavariya" klubu öz rekordunu yeniləyib

"Bavariya" futbol üzrə Almaniya Bundesliqasındakı rekordunu yeniləyib.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi buna "Köln"ü 4:0 hesabı ilə darmadağın etdiyi XIX tur matçında nail olub.

Yulian Nagelsmanın baş məşqçi olduğu komanda ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus olan göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.

Qeyd edək ki, münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub.