Bakı 10˚C Intermittent clouds

"Bavariya"nın futbolçusu həbs oluna bilər

İdman 21:12 13 okt, 2021

Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub.

"Bavariya"nın futbolçusu həbs oluna bilər

Almaniya "Bavariya"sının futbolçusu Lukas Ernandesi 1 ilədək həbs cəzası gözləyir.

Qazet.az AS nəşrinə istinadən məlumatına görə, fransalı müdafiəçi məhkəmənin çıxardığı qərarı icra etməməkdə günahlandırılır.

Bu səbəbdən 25 yaşlı oyunçu oktyabrın 19-da yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Lukas Ernandes 2017-ci ildə İspaniya "Atletiko"sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.