Bayden ABŞ-ın Azərbaycana birbaşa yardımının davam etməsinə icazə verdi
Siyasət10:1504 may, 2021

Bu barədə “The Hill” məlumat yayıb

title
Bizi-da oxuyun

Cozef Bayden administrasiyası Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətini uzatmaqla ABŞ-ın Azərbaycana birbaşa yardımının davam etməsinə icazə verib.

Qazet.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən Azadlığa Dəstək Aktını qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına ABŞ hökuməti tərəfindən birbaşa yardımının göstərilməsinə qadağa qoyur.

Lakin düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ prezidenti tərəfindən dayandırılır.

Düzəlişin mətni:

(A) QADAĞA – Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0