Bakı 15˚C Mostly sunny

Bayden Çin Prezidenti ilə görüşmək istəyir

Siyasət 11:06 27 okt, 2021

ABŞ Prezidenti çinli həmkarı ilə görüş keçirmək istəyir

Bayden Çin Prezidenti ilə görüşmək istəyir

ABŞ prezidenti Cozef Bayden əmindir ki, rəsmi Vaşinqton və Pekin arasındakı rəqabət fonunda diplomatik təmaslar xüsusi əhəmiyyət kəsb etdiyi üçün Çin Xalq Respublikasının Sədri Si Szinpinlə görüş zəruridir.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

O, qeyd edib ki, Bayden Si Cinpinlə şəxsi əlaqə imkanının olmasını vacib hesab edir.

“Əgər Si Cinpin üçün səyahət məhdudiyyətlərinə görə bunu şəxsən etmək mümkün deyilsə, onda virtual görüş keçirmək ən yaxşısı olardı. Biz məhz bunu edəcəyik”, – Sallivan Ağ Evdəki brifinqdə deyib.

Mənbə