Bakı 13˚C Mostly sunny

"Belarusda sabitliyi pozmaq cəhdləri davam edir" - Belarus rəsmisi

Siyasət 12:24 15 okt, 2021

"Belarusiyaya qarşı geniş miqyaslı və intensiv hibrid müharibə elan edilib"

"Belarusda sabitliyi pozmaq cəhdləri davam edir" - Belarus rəsmisi

“Belarusdakı vəziyyəti qarışdırmaq üçün xarici səylər davam edir və getdikcə daha da artmaqdadır” 

Qazet.az xəbər verir ki, bunu Belarus Milli Məclisinin Respublika Şurasının sədri Natalia Koçanova açıqlamasında deyib. 

Onun sözlərinə görə, "sosial şəbəkələr də daxil olmaqla Belarusiyaya qarşı geniş miqyaslı və intensiv hibrid müharibə elan edilib". 

Koçanova bildirib ki, bütün bu olanlar hər bir ölkənin başına gələ bilər. Koçanovanın sözlərinə görə, bütün dünya hazırda sınaqdan keçir. 

"Mədəniyyətlərin və sivilizasiyaların qarşıdurması güclənib, beynəlxalq münasibətlərdə ritorika artıb və informasiya məkanında mübarizə yüksək həddədir, radikalizm və ekstremizmin yayılması üçün real təhlükələr var" deyə Koçanova deyib.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.