Bella Hadid nüfuzlu mükafatlandırma mərasiminin münsiflər heyətinə daxil edilib
Maraqlı20:0806 aprel, 2021

Bella özünəməxsus toxunuşu ilə moda dünyasına rəhbərlik etməyə davam edir. 

title
Bizi-da oxuyun

Bella Hadid son illərdə moda dünyasının məşhur adlarından biridir.

Moda nümayişlərindən ikonik tərzinə qədər Bella özünəməxsusluğu ilə moda dünyasına rəhbərlik edir.

 

Hər il gənc dizaynerlərə dəstək olmaq üçün təşkil edilən “LVMH-Moet Hennessi" mükafatlandırma mərasimi ən nüfuzlu və eyni zamanda ən rəqabətcil yarışmalardan biridir.

Bu il münsiflər heyətində məşhur italyan dizayner Maria Qraziya Küri iştirak edir. Səkkiz finalçını müəyyən edəcək münsiflərin tam siyahısı açıqlanmağa başlayıb.

“LVMH Awards”ın “Instagram” hesabında edilən paylaşıma əsasən, Bella Hadid də həmin siyahıda yer alıb. O, keçən il münsif qismində çıxış edən bacısı Cici Hadidi əvəz edib.
 

 

 

 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0