Bakı 13˚C Sunny

Bərpa olunan enerji mənbələrinə tələbat kəskin artacaq

Gündəm 22:54 28 sen, 2021

Bu artımın əsasən bərpa olunan enerjiyə çəkilən məsrəflərin azalması və karbon tullantılarını azaltmaq istiqamətində atılan ardıcıl addımlarla bağlı olduğu bildirilir.

Bərpa olunan enerji mənbələrinə tələbat kəskin artacaq

Bərpa olunan enerji mənbələrinin bəzi növlərinə olan tələbat 2020-2045-ci illər ərzində 5,4 dəfə artacaq.

“Qazet.az” xəbər verir ki, belə bir qənaət OPEC tərəfindən açıqlanan “Dünya neft icmalı” (World Oil Outlook - WOO) adlı hesabatda yer alır.

Sənədə görə, bərpa olunan enerji mənbələrinə olan gündəlik tələbat göstərilən müddət ərzində 6,8 milyon bareldən 36,6 milyon barel neft ekvivalentinədək artacaq. Bu artımın əsasən bərpa olunan enerjiyə çəkilən məsrəflərin azalması və karbon tullantılarını azaltmaq istiqamətində atılan ardıcıl addımlarla bağlı olduğu bildirilir.

Hesabata əsasən, 2020-2045-ci ilər ərzində su və nüvə enerjisinə olan tələbat 40 faiz, bioyanacağa tələbat isə 36 faiz artacaq. Belə ki, dünya enerji istehlakında su enerjisinin payı 2,7 faizdən 3 faizədək, nüvə enerjisinin payı 5,2 faizdən 6,2 faizədək, bioenerjinin payı da 9,9 faizdən 10,5 faizədək artacaq.