Bakı 13˚C Mostly sunny

"Beşiktaş" 39 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

İdman 17:13 03 iyl, 2022

39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb

"Beşiktaş" 39 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

Türkiyə "Beşiktaş"ı futbolçusu Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Təcrübəli oyunçu 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. O, "Beşiktaş"da keçirdiyi 240 matçda 22 qol vurub.