Bakı 13˚C Cloudy

"Beşiktaş"ın futbolçusu qəlyana görə millinin heyətindən kənarlaşdırılıb

Gündəm 14:22 17 noy, 2021

31 yaşlı yarımmüdafiəçi qəlyan çəkdiyi üçün cəza ilə üzləşib

"Beşiktaş"ın futbolçusu qəlyana görə millinin heyətindən kənarlaşdırılıb

Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Miralem Pyaniçin Bosniya və Herseqovina millisinin heyətindən kənarlaşdırılma səbəbi olub.

Qazet.az "Kix Ba" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi qəlyan çəkdiyi üçün cəza ilə üzləşib.

Hadisənin Bosniya və Herseqovina millisinin Finlandiyaya 1:3 hesabı ilə uduzduğu 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl baş verdiyi iddia olunur. Təcrübəli oyunçu bu səbəbdən, Ukraynaya 0:2 hesabı ilə məğlub olduqları matçın siyahısına daxil edilməyib.

Həmin fotonun hansı tarixə aid olduğu tam aydınlaşmasa da, futbolçunun yığma komandanın geyimində olduğu aşkar görünüb. Bosniya Futbol Assosiasiyası hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, müqavilə ilə İspaniya "Barselona"sına məxsus olan Miralem Pyaniç icarə əsasında "Beşiktaş"da çıxış edir.