Bakı 10˚C Cloudy

Beyin funksiyasını gücləndirən qidalar

Cəmiyyət 11:37 20 yan, 2022

Mütəxəssis bu məhsullar arasında qozun xüsusi yeri olduğunu deyib

Beyin funksiyasını gücləndirən qidalar

Diyetoloq Sofiya Litoşenko beyin funksiyasını gücləndirən qidaları açıqlayıb. 

Qazet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis bu məhsullar arasında qozun xüsusi yeri olduğunu deyib.

“İnsan beyni demək olar ki, 60% yağdan ibarətdir. Beynin tam işləməsi üçün yağ turşularının ən zəruri elementlərdən biri olduğuna dair sübutlar var. Eyni zamanda hələ ana bətnində olduğu andan başlayaraq insan beyninin inkişafı üçün Omeqa-3 yağ turşuları xüsusilə vacibdir”, - mütəxəssis xatırladıb.

Sofiya Litoşenkonun sözlərinə görə, Omeqa-3 yağ turşularının birbaşa insan beyninin quruluşuna və funksiyasına təsiri araşdırmalarda sübut olunub. Bundan başqa, Omeqa-3 demensiya və  Altsheymer xəstəliyinin qarşısının alınmasında böyük rol oynayır. Həmçinin bitki tərkibli qidalarda olan sağlam doymamış yağlar da faydalıdır. 

“Omeqa-3 yağlarının tərkibinə bir neçə doymamış yağ turşuları daxildir. Onlardan əsası qidalardan aldığımız alfa-lipoik turşudur. Yeri gəlmişkən, bu, çia toxumunda, kətan toxumunda, qozda olur. Eikosapentaenoik və dekosaheksaenoik turşular yalnız balıqdan əldə edilə bilər, balıqlar isə onları dəniz yosunlarından əldə edir”, - S.Litoşenko bildirib. 

Diyetoloq rasiona sağlam doymamış yağ tərkibli fındıq və avokado daxil etməyi tövsiyə edib. Trans yağların həddindən artıq istifadəsi isə məsləhət görülmür.