Bakı 7˚C Sunny

Beynəlxalq Avtovağzal Kompleksində biabırçılıq - FOTO

Gündəm 19:50 04 iyl, 2022

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb

Beynəlxalq Avtovağzal Kompleksində biabırçılıq - FOTO

Beynəlxalq Avtovağzal Kompleksindən rayonlara hərəkət edən avtobusların birində sərnişin daşınması qeyri-standart formada aparılıb.

Qazet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, sərnişinlərin getməsi üçün oturacaqlar arasına stullar qoyulub.

Eyni zamanda, qeyd edilib ki, kassalarda rayonlara getmək üçün biletin olmadığı bildirilsə də, sürücülər biletləri özləri satırlar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib ki, məsələ araşdırıldıqdan sonra cavab veriləcək.