Bakı 21˚C Partly sunny

Beynəlxalq layihənin ilk iştirakçısı Azərbaycana gəldi

Maraqlı 13:46 17 may, 2022

Məqsəd Şuşanı dünyaya tanıtmaqdır

Beynəlxalq layihənin ilk iştirakçısı Azərbaycana gəldi

"4 seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı Hüseyn Taşkın Azərbaycana gəlib.

Mədəniyyət Nazirliyindən Qazet.az-ya verilən xəbərə görə, fotoqraf beynəlxalq layihədə Şuşanın yaz fəsillərinə aid şəkillər çəkəcək. O, 16-23 may tarixlərində ölkəmizdə olacaq.

Qeyd edək ki, layihə Şuşanın dünya miqyasında tanıdılması üçün çağırış məqsədilə həyata keçirilir. Məqsəd Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi Şuşanı dünyaya tanıtmaqdır.