Bakı 13˚C Mostly sunny

Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu - Alimlərdən yeni kəşf

Cəmiyyət 13:52 17 yan, 2022

Onlar bu genin əcdadları Afrikadan gələn hər 10 nəfərdən 8-də olduğunu açıqlayıblar

Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu - Alimlərdən yeni kəşf

COVİD-19-un yoluxmasını əngəlləyən yeni gen kəşf edilib.

Qazet.az bildirir ki, İsveçin nüfuzlu qurumlarından biri olan Karolinska İnstitutunda çalışan alimlər bu istiqamətdə araşdırma aparıblar. Mütəxəssislər anadangəlmə immuniteti olan insanlarda yeni gen aşkarlayıblar. Onlar bu genin əcdadları Afrikadan gələn hər 10 nəfərdən 8-də olduğunu açıqlayıblar.

Eyni zamanda qeyd olunub ki, genin olduğu şəxslər COVİD-19 xəstəliyini daha yüngül keçirirlər. "Bu gen virusa qarşı dərmanların inkişafı üçün önəmli detaldır. Hər üç avropalıdan birində də bu genə rast gəlmək olar”, - deyə əlavə edilib.

Araşdırmanın rəhbərlərindən biri olan Brent Riçard isə  "COVİD-19-a qarşı yeni dərmanlar hazırladıqca, genetik risk faktorlarını dərk etməyə başlayırıq”, - deyə bildirib.