Biləsuvarda piyadanı avtomobil vuraraq öldürüb
Azərbaycan10:1226 noyabr, 2021

Hazırda faktla bağlı araşdırma aparılır

Biləsuvarda piyadanı avtomobil vuraraq öldürüb
Bizi-da oxuyun

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nəsimikənd kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abdin oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Biləsuvar rayonu Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, mərhum 5 ay əvvəl Rusiya Federasiyasına işləməyə gedib və ötən gün ailəsinin yanına qayıdan zaman bu hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Fikriniz