Bakı 18˚C Sunny

Biləsuvarda təbii su mənbələrinə qanunsuz qoşulanlara xəbərdarlıq edilib

Cəmiyyət 18:50 21 may, 2022

Təbii su mənbələrinə qanunsuz qoşulmalar həyata keçirənlər cəzalandırılacaq

Biləsuvarda təbii su mənbələrinə qanunsuz qoşulanlara xəbərdarlıq edilib

Biləsuvarda təbii su mənbələrinə qanunsuz qoşulmalar həyata keçirənlərə xəbərdarlıq edilib.

Qazet.az-ın məlumatına görə, Biləsuvar rayonunda su ehtiyatlarının idarə olunması və təbii su mənbələrinə qanunsuz qoşulmaların su ehtiyatlarından istifadəyə mənfi təsiri mövzusunda görüş keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparatının Su ehtiyatları şöbəsinin müdiri Emin Musayev, həmin nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin idxal-ixrac şöbəsinin müdiri Asif Ədilov və Rayon İcra Hakimiyyəti Başçısının müavini-sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov iştirak edib.

Görüşdə Melioarasiya və Su Təsəsrrüfatı Komitəsinin, Azərsu ASC-nin yerli idarələrinin rəhbərləri, bələdiyyə sədrləri və kənd İcra nümayəndələrinin iştirakı ilə mövcud problemlər müzakirə olunub və suallar cavablandırılıb.

Qeyd olunub ki, təbii su mənbələrinə qanunsuz qoşulmalar həyata keçirənlər cəzalandırılacaq.

Eyni zamanda, qeyd olunan məsələlərlə bağlı bəzi tapşırıqlar verilib.