Bakı 20˚C Mostly sunny

Bill Klinton xəstəxanaya yerləşdirilib

Siyasət 12:34 15 okt, 2021

Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olub

Bill Klinton xəstəxanaya yerləşdirilib

Keçmiş ABŞ prezidentinin yaxın günlərdə evə buraxılacağı ehtimal edilir.

Qazet.az CNN-ə istinadən xəbər verir ki, keçmiş prezident Klinton uroloji problemlərə görə xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur.

Xəbərə əsasən, müxtəlif dərmanları qəbul edən sabiq prezidentin vəziyyəti yaxşıdır, ailə üzvləri və həkimlərlə rahat ünsiyyət qurur. Ehtimal olunur ki, Bill Klinton yaxın günlərdə evə göndəriləcək.

Xatırladaq ki, Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olub.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.