Bill Qeyts və xanımı boşanır - 27 ildir birlikdədirlər
Maraqlı10:4104 may, 2021

Bu barədə Qeyts öz “Twitter” hesabında yazıb

title
Bizi-da oxuyun

“Microsoft”un qurucusu Bill Qeyts və xanımı Melinda boşanır.

Qazet.az xəbər verir ki, dünyanın ən varlı adamlarından biri bu barədə öz “Twitter” hesabında yazıb.

“Çox düşündükdən və münasibətimizi xilas etmə cəhdlərindən sonra boşanma qərarı verdik. 27 illik evlilik müddətində üç gözəl övlad böyütdük və dünyadakı bütün insanların sağlam və səmərəli ömür sürmələrinə imkan verən bir yardım fondunun əsasını qoyduq”, - deyə paylaşımda bildirilib.

Cütlük boşanmanın maddi tərəfini açıqlamayıb.

Xatırladaq ki, Bill Qeyts 130 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı iş adamlarının ilk beşliyində qərarlaşıb.

Melinda Qeyts 1987-ci ildə “Microsoft”da məhsul meneceri kimi işə başlayıb. Bill ilə tanışlıqdan 7 il sonra - 1994-cü ildə cütlük ailə həyatı qurub.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0