Billi Ayliş yeni tərzi ilə "Vogue" jurnalının üz qabığında - FOTO
Maraqlı09:4604 may, 2021

Saçlarını sarışın rəngə boyayan müğənni özünəməxsus tərzindən fərqli geyimlərdə “British Vogue” jurnalının üz qabığında yer alıb

title
Bizi-da oxuyun

 Amerikalı müğənni Billi Ayliş “Vogue” jurnalının yeni sayının üz qabığında yer alıb.

Fotoları "Instagram" sosial şəbəkəsində paylaşan 19 yaşlı Ayliş milyonlarla “bəyənmə” toplamağa müvəffəq olub.

Ənənəvi xarici görünüşündə dəyişiklik edərək özünü bir qədər Merilin Monroya bənzədən Ayliş:

"Düşünürəm ki, dəyişiklik dünyanın ən yaxşı hədiyyələrindən biridir. Özümü daha çox qadın kimi hiss edirəm", - deyə bildirib.

Saçlarını sarışın rəngə boyayan müğənni özünəməxsus tərzindən fərqli geyimlərdə “British Vogue” jurnalının üz qabığında yer alıb.

Xatırladaq ki, Ayliş “Grammy”də ən böyük dörd mükafatı qazanan ilk qadın və ən gənc müğənni kimi tarixə düşüb.

Fikriniz

  • 1
  • 1
  • 0
  • 0
  • 0
  • 0