Bakı 6˚C Windy

"Bitcoin"in dəyəri 47 min dolları keçdi

Biznes 13:53 28 mar, 2022

Son 24 saatda isə 34,222 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub

"Bitcoin"in dəyəri 47 min dolları keçdi

"Bitcoin"in dəyəri bu gündən başlayaraq aktiv şəkildə artmağa başlayıb və artıq 47 min ABŞ dolları səviyyəsini keçib.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, "Binance" kriptovalyuta birjasında Bakı vaxtı ilə saat 09:11-də "Bitcoin"in dəyəri 5,9% artaraq 47,250 min dollar təşkil edib. "CoinMarketCap" portalının məlumatlna görə, "Bitcoin"in 20 birja üzrə orta qiyməti 5,69% artaraq 47,169 min dollara bərabər olub.

Qeyd edək ki, yanvar ayında "Bitcoin"in dəyəri 17% azaldığı halda, fevral ayında kriptovalyuta 12% bahalaşmışdı. Cari ayda "Bitcoin"in dəyəri bərpa olunmağa davam edir və mart ayı üzrə 8%-lik artım qeydə alınıb. Hazırda "Bitcoin"in bazar kapitalizasiyası 890,543 mlrd. dollar təşkil edir. Son 24 saatda isə 34,222 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub.