Bakı 13˚C Mostly sunny

"Bizim musiqimiz Şuşada səslənir və daim səslənib Azərbaycanımızı vəsf edəcək" - Eldar Mansurov

Eksklüziv 14:35 16 okt, 2021

Ümidvaram ki, bu sonuncu müharibədir və bundan sonra bəstələnəcək bütün musiqilər yalnız və yalnız sülhü vəsf edəcək

"Bizim musiqimiz Şuşada səslənir və daim səslənib Azərbaycanımızı vəsf edəcək" - <span style="color:red">Eldar Mansurov</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 25-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurov Vətən müharibəsi və bunun mədəniyyətimizdəki əksi ilə bağlı Qazet.az-a müsahibə verib.

 

–  İkinci Vətən müharibəsi Azərbaycan musiqisində necə əks olunmalıdır?

–  Onu deyə bilərəm ki, müharibə dövründə həm bəstəkarlar, həm də musiqi yazarları çox aktiv iştirak etdilər. Müharibənin ilk günlərindən mahnılar və marşlar əsgərlərimizə, həm də xalqımıza böyük mənəvi dəstək oldu. Elə bu günün özünə qədər əsgərlərimizin qəhrəmqnlığını təcəssüm edən musiqilər çox geniş şəkildə təbliğ olunur.

 

–  Müharibəylə bağlı sadəcə həvəsləndirici, vətənpərvər deyil, həmdə melanxolik və sülhpərvər mahnılar da olur. Sizcə musiqi universial dil kimi sülh prossesində iştirak edə bilərmi?

–  Bütün dünyada insanlar sülh istəyirlər, hətta müharibə aparan dövlətlərin xalqları da sülhə can atırlar. Çünki müharibəni xalq yox, dövlət başçıları, siyasətçilər, silah alverçiləri, torpaq iddiasında olanlar aparırlar. Bizim müharibə dövründə yazdığımız və təbliğ etdiyimiz mahnılar isə, düşmənin itaəti altında olan ana torpaqlarımızın azad olunması uğrunda əsgərlərimizi döyüşə ruhlandıran və nəhayət sülhün bərqərar olmasına həsr olunmuşdu. Ümidvaram ki, bu sonuncu müharibədir və bundan sonra bəstələnəcək bütün musiqilər yalnız və yalnız sülhü vəsf edəcək.

 

–  Qarabağ bizim mədəniyyət beşiyimizdir. Onun azadlığını və bundan sonrakı mövqeyini necə görürsünüz?

–  Əgər Qarabağ bizim mədəniyyət beşiyimizdirsə, mən bütövlükdə Azərbaycanımızın musiqisini bütün dünya musiqisinin nadir incilərindən biri sayıram. Əminliklə deyə bilərəm ki, bizim musiqi – istər muğam, istər caz, istər klassik janr dünyanın hər yerində sevilir və alqışlarla qarşılanır. Əgər musiqimiz bu günə qədər Bakıda, Gəncədə, Qəbələdə və digər şəhərlərdə səslənirdisə, artıq bu gündən, 30 ildən əvvəl olduğu kimi Qarabağımızın ürəyi olan Şuşada səslənir və daim səslənib Azərbaycanımızı vəsf edəcək.

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.